Interposta.Info

Baloğlan Əşrəfov hər kəsi aldadıb "Neftçi"nin oyununa necə gedirmiş? (VİDEO)

Maqazin
 26-12-2019, 16:34     497

ARB TV-nin "Ona qalsa” verilişinin növbəti qonağı Baloğlan Əşrəfov olub.

"İnterPosta.info" xəbər verir ki, Əməkdar artist maraqlı açıqlama verib:

"Yalan olmasın 1 il qabaq toylar danışırdım. "Nefçi"nin oyun təqvimini götürürdüm. Görürdüm ki, hansı günü "Neftçi" oynayır, həmin günə yalandan Bakı yazırdım. Guya Bakıya toy danışmışam. Toya 1-2 gün qalmış musiqçilərə məlumat verirdim ki, toy dayandı. Bir dəfə, iki dəfə, beş dəfə belə dedim. Bunlar hələ də fikirləşirlər ki, bu nə olan şeydi, Bakıya danışdığı toy dayanır. Bir dəfə məni izləyiblər və "Neftçi"nin stadionunda görüblər. Bir gün Lənkardanda toy sahibi toyxanaya uzun kabellə televizor təşkil etdi və televizoru stolun altına qoydular. Yaxşı futbol gedirdi. Mən həm oxuyurdum, həm də stolun altından toya baxırdım”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26