Interposta.Info

"Erməni dedi ki, ən gözəli Azərbaycan musiqisidir"

Maqazin
 29-11-2019, 20:04     544

Əməkdar artist Nüşabə Ələsgərli Moskvada erməni musiqiçiləri ilə başına gələn hadisəni danışıb.

Müğənni "Onda başladıq" verilişində ermənilərin onun olduğu məkanda Azərbaycan mahnısı oxuduğunu deyib:

"Moskvada toya çağrılmışdım. Musiqiçilər erməni idi. Bilmirdim, orada erməni olacaq. Hardan bilim? Musiqiçilərdən biri qışqırdı ki, Valeriya, ən gözəl musiqi hara musiqisidir? O biri qayıtdı ki, ən gözəli Azərbaycan musiqisidr.

Sonra ürəyi dözməyib, mənə döndü ki, siz nə edirsiz? Azərbaycan musiqisini hara aparırsız? Çıxıb "Yenə payız gəldi" mahnısını oxudu"./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26