Interposta.Info

Nazənin: "Məmurun nəvəsinin nişanında arvadlar üstümə şığıdı"

Maqazin
 26-11-2019, 16:27     480

"İllər öncə Vaqif Gərayzadənin ansamblıdır, zamanında "bərk gedən" şadlıq sarayının birində. Məni də dəvət ediblər. Vaqif müəllimin özü də orada idi. Toy sahibləri dedilər ki, ancaq bəstəkar mahnıları olacaq. Ay Allah, nə sevinirik indi".

"İnterPosta.info" milli.az-a istinadən xəbər verir ki, bunu müğənni Nazənin "Hər şey daxil"in efirində insanların musiqi zövqündən danışarkən deyib.
Müğənni sözügedən olayın tanınmış bir məmurun nəvəsinin nişan mərasimində baş verdiyini sözlərinə əlavə edib:

"Bir məmurun nəvəsinin nişanı idi. And olsun Allaha, 3 mahnıdan sonra arvadlar bir şığıdılar üstümə ki, "Ceyranım"ı oxu. Yəni, o çox az çəkdi. Bir də axıra yaxın bir-iki mahnı belə, vəssalam, onunla da bitdi. Heç kəs durub oynamırdı".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26