Interposta.Info

"Kurtlar Vadisi" geri qayıdır

Maqazin
 9-09-2019, 14:29     10 405

"Kurtlar Vadisi" serialı yenidən ekranlara qayıdır.

Qaynarinfo xəbər verir ki, "Xaos" adlanan yeni sezonun çəkilişləri noyabr ayında başlayacaq və 2020-ci ildə ekranlara gələcək. Necati Şaşmaz və Defne Samyelinin baş rolu paylaşacağı serialda 15 iyul 2016-cı ildə hərbi çevriliş cəhdindən sonra baş verən hadisələrdən bəhs ediləcək.

"Kurtlar Vadisi Xaos"un "Netflix"də yayımlanacağı barədə iddialar mövcuddur.

Qeyd edək ki, serial ilk dəfə 15 yanvar 2003-cü ildə yayımlanıb. "Kurtlar Vadisi" bu günə qədər "Show TV", "Kanal D", "Star TV" və "TNT" ekranında izləyicilərə təqdim edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26