Interposta.Info

Şou-biznesin varlı müğənnisi Rəqsanənin qızına evlilik təklif etdi? -

Maqazin
 8-03-2019, 19:46     10 653

Müğənni Rəqsanənin qızı Aysun İsmayılova sosial şəbəkədə həmkarı Orxan Babazadə ilə səmimi görüntülərini paylaşıb.

O. Babazadə Aysuna üzük hədiyyə edib. İfaçının "Bu nədir, evlilik təklifi edirsən" sualına müğənni "Necə istəyirsən, elə başa düş" cavabını verib. Cütlüyün yanında olan "Cahan" qrupunun üzvləri onları təbrik edib.

Açıqlama verən İsmayılova bildirib ki, şəxsi həyatı haqqında yaxın günlərdə açıqlama verəcək: "Orxanın bu addımı surpriz oldu. Özüm də təəccübləndim. Hələ ki, bu haqda danışmaq istəmir. Amma yaxın günlərdə hər şeyə aydınlıq gətirəcəm".

Qeyd edək ki, şou-biznesin varlı müğənnilərindən sayılan O. Babazadə tez-tez bahalı əşyaları və maddi imkanı ilə gündəmə gəlir./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26