Interposta.Info

Azərbaycanlı məşhurlar ABŞ-da filmə çəkildi

Maqazin
 13-12-2018, 15:28     419

Amerikada yaşayan müğənni İlhamə Qasımova və model Stefano Suaros filmə çəkiliblər.

İnterPosta.info
axşam.az-a istinadən xəbər verir ki, ABŞ-da lentə alınan ekran işi "Qara taleh" adlanır. Dram janrında olan ekran işi erkən yaşda anasını itirən və atası tərəfindən zorakılıqlara məruz qalan uşağın faciəvi həyatından bəhs edir. Filmin senarisi real həyatdan götürülüb.

Hazırda çəkilişləri davam edən filmin 2019-cu ilin əvvəllərində təqdim olunması nəzərdə tutulub. "Qara taleh"in reklam çarxı təqdim edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26