Interposta.Info

Flora Röyanı məhkəməyə verdi

Maqazin
 29-08-2018, 18:57     10 525

Xalq artisti Flora Kərimova və Əməkdar artist Röya Ayxan arasında olan qalmaqal səngimək bilmir

Kərimova bu dəfə Röyanı məhkəməyə verəcəyini açıqlayıb:

“Mən demişəm, yenə təkrar edirəm. Məhkəmədən tutmuş, mənə yönləndirilən güvəndiklərinə qədər hər bir qərəzli sözün sahibinin boynuna biçiləcək cavabım var. Mən bu 78 ili “sizlər” kimi necə gəldi yaşamadım ki, öz beyninizə görə mənə söz deməyə həm diliniz ola, həm də dilçəyiniz.

Səni analığına bağışladım, layiq olduğun-olmadığın xoş sözlərlə başa salmağa çalışdım, görürəm, ayağın yer aldı. Açıq məhkəmədə görüşənədək”.

Qeyd edək ki, son olaraq Xalq artisti Röyaya köşə yazmışdı. O isə sənətçiyə sərt cavab vermişdi. Röya sonuncu dəfə jurnalistlərə müraciət edərək “Sənətkarı alçaltmayın” ifadəsini işlətmişdi./oxu.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26