Interposta.Info

Namiq Mənanın oğlu maşınını qaçırıb avtoşluq etdi? -

Maqazin
 26-05-2018, 17:19     10 533

Xəzər televiziyasının "Obaşdannan” verilişində qonaq olan meyxanaçı Namiq Mənanın oğlu Məna atasının ona dəstək olmadığını bildirib.

interposta.info bildirir ki, Məna Çiçəyin suallarını da cavblandırıb:

"Oxuduğum meyxanaların sözləri və musiqisi özümə məxsusdur. Bəziləri hesab edir ki, atam yazır, ancaq elə deyil. Atam sənətdə mənə dəstək olmur. Heç mən də bunu istəmirəm. Çalışıram ki, özüm öz ayağım üstə dayanım”.

"Deyirlər, atanın maşınını qaçırıb, gecə avtoşluq etmisən. Sonra da atanı 20 min manat xərcə salmısan, doğrudurmu?” sualına Mənanın cavabı belə olub:

"Mən avtoşluq etmirəm. Atamı da nəinki 20 min, heç 20 qəpik də ziyana salmamışam”.(Yeniçağ.az)


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26