Interposta.Info

Fədayə Laçından xəbər var -

Maqazin
 16-05-2018, 11:22     10 623

"Həbsdə olan müğənni Fədayə Laçının səhhəti yaxşı deyil"
Bu barədə AzVision.az-a müğənninin vəkili Türkəl Süleymanlı bildirib. Hazırda iş üzrə istintaqın davam etdiyini deyən vəkil F.Laçının hər həftə ailəsi ilə əlaqə saxladığını vurğulayıb.
"Qrup cinayəti olduğuna görə, ola bilsin ki, istintaq uzun müddət davam etsin. Fədayə xanımın saxlanma şəraitindən şikayəti yoxdur. Ailəsi ilə əlaqə saxlayır, istəklərini bildirir”, - deyə vəkil söyləyib.

Xatırladaq ki, 2017-ci ildə oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26