Interposta.Info

Anar Nağılbaz efirə sərxoş çıxdı – Onu yıxıb-sürüdülər

Maqazin
 17-04-2018, 10:24     10 455

“Space” TV-də yayımlanan “Qarşı-qarşıya” verilişdə qalmaqallı anlar yaşanıb.

Minval.info xəbər verir ki, proqramda iştirak edən reper Anar Nağılbaz tənqid hədəfinə tuş gəlib.

Belə ki, onun verilişə içkili gəlməsi qonaqlardan biri yazar Anar Vəziroğlunu özündən çıxarıb. O, reperə “sən nə günə düşmüsən, niyə bu gündəsən?” deyib. Reper isə bunun qarşılığında xəstəlikdən əziyyət çəkdiyini üçün spirtli içki qəbul etdiyini söyləyib.

Anar Vəziroğlu isə onunla razılaşmayıb, proqram boyunca Anarı tənqid edib.

Reper sərxoş olduğundan verilişdə bir neçə dəfə mənasız yerə gülüb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26