Interposta.Info

Rəhman Rəmişi təhqir etdi, cavabını arvadı verdi

Maqazin
 7-02-2018, 12:52     9 341

Tanınmış gitara ifaçısı Rəhman Məmmədli ilə xalq artisti Rəmiş arasında səngiyən "müharibə” yenidən alovlanıb.

interposta.info
xəbər verir ki, gitara ifaçısının "Xəzər” Televiziyasının "5/5” verilişində xalq artistinin ünvanına söylədiyi təhqiramiz ifadə Rəmişin həyat yoldaşı Gülünü özündən çıxarıb.

Belə ki, R. Rəhmanov Rəmişin ünvanına "artıq o isimdən , o mövzudan iyrənirəm” deyib.

Yenicag.az məsələyə münasibət bildirmək üçün Rəmişlə əlaqə saxlayıb. Dəstəyi yoldaşına verməyən Gülü sualımızı eşidər-eşitməz qəzəblənib:
Rəhman Rəmişi təhqir etdi, cavabını arvadı verdi

"O kimdir ki, Rəmişin ismindən iyrənsin? Rəmişi milyonlar sevir. Biz də dünəndən onun ismindən iyrənirik. Rəmiş öz işində, öz kefində, öz dünyasındadır. O kimdir ki, onun sözlərinə reaksiya verək? Cavab versək, onu reklam etmiş olarıq. Heç Rəmişimə imkan vermərəm ki, kimlərinsə sözünü eşidib əsəbiləşsin, əhvalını korlasın. Mən verirəm onun cavabını, yazın ki, Rəhmanın sözləri külək kimi yanımızdan ötüb keçir. Heç vecimizə də deyil, nə istəyir danışsın”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26