Interposta.Info

Azərbaycanlı aktrisa nişanlandı

Maqazin
 2-02-2018, 19:09     10 606

Tanınmış aktrisa Nigar Babayeva subaylığın daşını atıb.

interposta.info-ın məlumatına görə, yenicag.az-a açıqlama verən aktrisa sevib-seçdiyi oğlanla nişanlandığını deyib:

"Uzun illərdən bəri sevgi yaşayırdıq və bunu rəsmiləşdirdik. O, sənət aləminin adamı deyil. Ailə qurandan sonra da sənətimlə məşğul olacam. Nişanlım da "məni ya sənət, ya mən” dilemması qarşısında qoymayıb, sənətimə dəstəkdir. Baxmayaraq ki, çox qısqancdır, amma bununla belə mənə sənətdə qadağalar qoymayıb. Bilir ki, aktrisa kimi hansı uğuru qazanmışamsa, öz gücümə etmişəm və buna görə də mənə etibarı var”.

Aktrisanın sözlərinə görə, cütlüyün toy mərasimi yayda olacaq.

interposta.info

Azərbaycanlı aktrisa nişanlandı
Azərbaycanlı aktrisa nişanlandı
Azərbaycanlı aktrisa nişanlandı
Azərbaycanlı aktrisa nişanlandı

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26