Interposta.Info

Azərbaycanlı müğənninin evliliyi yalan çıxdı: Valideynlərini də aldatdı

Maqazin
 22-01-2018, 14:45     10 460

İki həftə öncə ARB-də "Səhər-Səhər" verilişində qonaq olan gənc müğənni Mirkamil Kamillovun xarici ölkədə gizli ailə qurduğu barədə açıqlaması hər kəsi təəccübləndirmişdi.

interposta.info
milli.az-a istinadən xəbər verir ki, gənc müğənni bu gün qonağı olduğu "10-dan sonra" verilişində tamaşaçılara ikinci şoku yaşadıb. Belə ki, müğənni Elgizin verilişində evliliyi ilə bağlı söylədiklərinin yalan olduğunu etiraf edib.

Mirkamilin Yusif Ağayevin verilişində bu gün sözügedən açıqlamasını təqdim edirik:

"Efir gedə-gedə, Elgiz öncədən mənə deməmiş, birdən-birə dedi ki, Mirkamil xaricdə evlənib. Mən də elə obraz oynadım ki, Elgiz özü də inandı, Əli müəllim də inandı. Orada hər kəs inandı. Evdən mənə zəng ediblər ki, "Bala bizə niyə deməmisən". Yəni hamı inanıb. Onu da mən ona görə etdim ki, yəni baxın, verilişin gedişatında elə etmək olar ki, insana psixoloji təsir var da. Elgiz verilişin axırında mənə deyir ki, mən özüm inandım. Amma elə bir şey yoxdur. Bir ingilisim çatmırdı mənim. Birdən toyum olsa, kimin ürəyi istəsə, kim eşitsə, restoranın yerini öyrənib gəlsin. Sonra mənə deməsin ki, çağırmamısan. Qəlbimdə ailə qurmağa namizəd var".

Xatırladaq ki, əməkdar artist Aygün Bəylər də yalan toy xəbəri ilə gündəmə gəlmişdi. Xanım müğənni "Gopa basıram, əcəb edirəm" sözləri ilə hərəkətinə bəraət qazandırmışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26