Interposta.Info

Yıldız Tilbe azərbaycanlı ifaçını "O Səs Türkiyə"dən uzaqlaşdırdı

Maqazin
 9-01-2018, 00:21     10 492

Ötən axşam "O Səs Türkiyə" mahnı müsabiqəsinin II tura olan növbəti seçimi baş tutub.

"XeberBiz" milli.az-a istinadən xəbər verir ki, Yıldız Tilbenin komandasında olan Kamran Arifin üzü bu turda gülməyib. Belə ki, Kamranın İlyas Yalçıntaşın repertuarından ifa etdiyi "Gel be gökyüzlüm" mahnısı onun üçün düşərli olmayıb.

Xanım münsif 3 iştirakçı - Fırat, Ayşenur və Kamran arasında seçim etmək məqamında yola Fıratla davam etmək istədiyini açıqlayıb və beləcə, Kamran yarışı II turdan tərk edib.

Maraq üçün bildirək ki, Kamran Arif adlı 27 yaşlı azərbaycanlı gənc ilk turda Soner Sarıkabadayının "Sadem" mahnısı ilə 4 münsifdən yalnız Yıldız Tilbeni özünə tərəf döndərməyi bacarmışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26