Interposta.Info

Rəşid Behbudovun qızı titulundan imtina edir: “Röyayla eyni adı daşımaq istəmirəm”

Maqazin
 23-12-2017, 14:45     10 547

Azərbaycanın əməkdar artisti, opera müğənnisi, dahi sənətkar Rəşid Behbubodovun qızı Rəşidə Behbudova titulundan imtina etmək istəyir.

BakuPost.az xəbər verir ki, bu barədə R. Behbudova özü məlumat verib. O, əməkdar artist Aygün Bəylərlə əməkdar artist Röya Ayxanın qalmaqalına münasibət bildirərək qeyd edib ki, onlarla eyni titulu daşımaq istəmir: "Mən bunu çoxdan etmək istəyirdim. Lakin son illər ağır oldu, anam xəstələndi. Bu barədə anamla da, ərimlə də, oğlumla da söhbətimiz oldu. Lakin indi məni heç kim saxlaya bilməz. Mən onlarla eyni adı daşımaq istəmirəm”.

R. Behbudova daha sonra əlavə edib: "Mən sadəcə Rəşidin qızı kimi qalmaq istəyirəm. Həqiqətən, mən hansısa ad daşımaq istəmirəm. Hamı sənətkardır, hamı xanımdır, hamı ulduzdur. Bezdim. Bu, mənə görə deyil. Rəşidə - Rəşid Behbidovun qızı – mənim üçün ən yüksək addır”.

Məlumat üçün bildirək ki, Aygün Bəylər "Səhər-səhər” verilişində asparıcı Elgiz Əkbərin Röyaya dediyi "Sevilir, sənətkardır” sözlərinə etiraz edib və Röya Ayxanın sənətinin olmadığını deyib: "Hansı sənətdən danışırsan? Əsəbiləşdirirsən məni... Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur. 80 faizi o gündədir. Mən sənətkaram ey. Sənin onu xalqın qarşısında bu səviyyədə qaldırmaq ixtiyarın yoxdur. Nigarı (Nigar Camal – red.) Röyanın yanına qoysan sənətdə onu sökər. Qorxmuram... Mən sənət üçün doğulmuşam. Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən. Hansı oxuyanda var? Estrada da, ərəb də, muğam da oxuyuram. Kimə deyim? Xoşuma gəlmir sənəti olmayandan danışırsan. Bəlkə xalq iyrənir? Mən onun səsinə qulaq asa bilmirəm. İlk gələn vaxtlar məndən məsləhət aldı ki, tək gəlmisən, necə edim mən də?”

interposta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26