Interposta.Info

Bakıda Ağamirzənin heykəli qoyula bilər

Maqazin
 8-11-2017, 13:27     8 771

ABŞ-da yaşayan azərbaycanlı iş adamı Maştağada meyxanaçı Ağamirzənin heykəlinin qoyulmasını təklif edib.

Həmyerlimiz Ramin Həbib meyxanaçı Ağamirzə Məmmədovun Metbuat.az-dakı canlı yayımından sonra bu təkliflə müraciət edib. Bildirib ki, meyxana ustasının Bakının Maştağa qəsəbəsində heykəlinin qoyulmasını istəyir.
Məsələylə bağlı Metbuat.az-a münasibət bildirən meyxanaçı Ağamirzə, bu barədə məlumatı olmadığını bildirib:
“Bu barədə eşitməmişəm. Nə deyim vallah, icazə verərlərlmi, yoxsa yox bilmirəm. Ancaq belə olsa, əlbəttə yaxşı olar”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26