Interposta.Info

Zaur Kamal Nüşabə Ələsgərliyə beş min uduzdu

Maqazin
 8-11-2017, 11:53     9 011

Əməkdar artist Nüşabə Ələsgərli “5/5” verilişinin qonağı olub.

interposta.info Axşam.az-a istinadən xəbər verir ki, aparıcı Zaur Kamal müğənninin 90 kiloqram olduğunu söyləyib. Buna etiraz edən Ələsgərli bildirib ki, 72 kiloqram çəkisi var.

Aparıcı ilə müğənni canlı yayımda mərcə girib. Zaur bildirib ki, əgər N.Ələsgərli 90 kiloqram olmadığını sübut etsə, ona 5 min dollar verəcək.

Nüşabə çəkisinin az olduğunu sübut edərək, “Instagram”da “Əlbəttə, Zaur uduzdu” sözlərini yazıb.

Z.Kamal bildirib ki, sənətçini proqramına çağıracaq və uduzduğu 5 mini canlı efirdə ona verəcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26