Interposta.Info

Flora Kərimova Fədayənin həbsindən danışdı - “Necə vicdanları ilə alver edə bilirlər”

Maqazin
 6-11-2017, 07:34     9 418

Son günlər müğənni Fədayə laçının həbs olunması geniş müzakirə olunur. Bəzi insanlar onun doğru addım atdığını, bəziləri isə əməlinin cinayət məsuliyyətli olduğunnu vurğuladı.

"XeberBiz" BakuPost.az-a istinadən xəbər verir ki, xalq artisti Flora Kərimova da Fədayə Laçın haqqında fikirlərini bölüşüb:

"Əlimdən heçnə gəlmir, Fəfdayə qızım bağışla məni !!! Sənin şüşə kimi qəlbinin təmizliyini mən bilirəm, sənin ailənə, anana bağlılığını, övlad tərbiyənin gözəlliyini mən görmüşəm. Bu şərəfsiz oyunu bu "adı" sənə sırayanlar, bu qisməti sənə laiq görənlərin Allahı yoxdur,övladları yoxdur?!
Necə çörəyi evlərinə aparırlar, necə övladlarına "Halal çörək qazanmışam" deyəndə utanmırlar,necə vicdanları ilə alver edə bilirlər. Bir övladın, bir ananaın ,bir qadının həyatını cəhənnəmə çevirmək, taleyini sındırmaq bu qədərmi asandır.Hansı məntiqi, hansı gücü, hansı səlmayəni , gördünüz siz, dişi ilə dırnağı ilə başını dolandıran bu qadında. Həyatım boyu heç kimə qarğış eləməmişəm, çünki mübarizəm olub.Amma indi sizi qarğamaqdan başqa əlimdən heçnə gəlmir"

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26