Interposta.Info

O, finalın bir addımlığında “Maşın”dan getdi

Maqazin
 23-10-2017, 07:28     10 406

“Maşın” şounun sonuncu səsvermə günü baş tutub.

Musavat.com xəbər verir ki, səsverməyə aktyor İlkin Misgərli çıxıb. O, hədəfinin müğənni Talıb Tale olduğunu açıqlayıb: "Ülviyyə mənə müqavimət göstərmədi. Mən qalib gəldim. Amma mən indi ən güclü rəqiblə mübarizə aparacam. Talıb Taleni çıxaracam".
Onun sözləri müğənnini təəccübləndirib: “Mən bilmirdim o, mənlə mübarizə aparacaq. Görünür, İlkin qadınlarla oynamaq istəyir. İlkindən belə hərəkət gözləmirdim. Deyirdi ki, kişilərlə finalda mübarizə aparacağam. Amma indi dedi ki, Taleni çıxaracağam. Ona görə də İlkinə “Getsin” deyin”.
Xatun deyib ki, İlkin özü səsverməyə çıxmaq istəyib: “Biz bir-birimizə sual verdik ki, neyniyək, az qalmışıq. İlkin özü dedi ki, mənim şəklimi atın, Talıbı çıxaracağam”.
Talıb Tale Misgərlini qərarsızlıqda günahlandırıb: "Dünən oteldə qutab yeməyə otağa yığılmışdılar. Orda mənim qərarımı veriblər, xəbərim olmayıb. İlkin qərarsız oyunçudur. Həmişə qadınların yanında olub".
Vüsalə Əlizadə isə ötən gün Talıbdan danışmadıqlarını iddia edib: "Qutab yeyəndə bir kəlmə də olsun "Maşın Şou" haqqında danışmamışıq. Talıbı da müzakirə etməmişik"
Sonda səsvermə nəticəsi açıqlanıb. İ. Misgərli 40.50 faiz səslə oyunu tərk edib.
Qeyd edək ki, finalda Vüsalə Əlizadə, Xatun və Talıb Tale yarışacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26