Maestro Ceyhuna 50 minlik hədiyyə
Alman skripka ustası, Maestro Ceyhuna bahalı hədiyyə bağışlayıb
interposta.info bu barədə yenicag.az-a istinadla xəbər verir.
“Almaniyada olanda dostlarım məni məşhur skripka ustası Ceykobs Müllerin emalatxanasına apardılar. Orada çox nəfis tərtibatda hazırlanmış skripka vardı. Müller xahiş etdi ki, onun üçün nəsə səsləndirim. Mən də Azərbaycan muğamlarını ifa etdim. Almanın gözü bərələ qalmışdı. Sağollaşıb çıxanda, skripkanı mənə uzadıb dedi ki, “Bu, sənindir, dostların pulunu ödəyib”. Mənim üçün böyük sürpriz oldu. Çox sevindim. O alətin azı 50 min manat dəyəri var”, - deyə o bildirib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26