Interposta.Info

Lamiyə Ələkbərova “ATV”-nin vitse-prezidenti təyin edildi?

Maqazin
 6-10-2017, 19:54     9 494

“Azad Azərbaycan” telekanalının yeni vitse-prezidentinin kimliyi bəlli olub

interposta.info primetime.az-a istinadla xəbər verir ki, telekanalda bu vəzifəni tanınmış teleaparıcı və müxtəlif layihələrin rəhbəri Lamiyə Ələkbərova yerinə yetirəcək. O, “ATV”-dəki vəzifəsinin icrasına bu gündən başlayır.

Xəbəri təsdiq etmək üçün Lamiyə xanımla əlaqə saxlamaq mümkün olmayıb.

Qeyd edək ki, 11 il “AzTV”, 11 il isə “Lider TV”-də çalışan L.Ələkbərova bir müddət öncə “İctimai TV”-nin Musiqi-əyləncə və xüsusi layihələr departamentinin rəhbəri vəzifəsinə təyin edilmişdi.

Məlumat üçün bildirək ki, ötən ay “ATV”-də rəhbərliyin dəyişilməsindən sonra vitse-prezident vəzifəsini icra edən, telekanalın eks-prezidenti Vüqar Qaradağlının qaynı Rauf Dadaşov da işdən çıxarılmışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26