Interposta.Info

Qəzada ölən Hüseyn Dəryanın xanımı da dəhşətli qəza keçirtdi

Maqazin
 6-10-2017, 19:29     8 883

Hərdən məndən soruşurlar ki, ikinci dəfə ərə gedəcəksən? Deyirəm yox, Cahangir artıq böyük oğlandır, neynirəm əri?! Hüseyn Dəryadan sonra həyatımı heç kimlə təsəvvür etmirəm. Oğlum da bunu istəmir

interposta.info yenicaga.az-a istinadən xəbər verir ki, Dəryanın həyat yoldaşı Sona İbadova deyib:

"Onu hər an yanımda hiss edirəm. Tez-tez yuxuma girir. Hiss edirəm ki, onun ruhu hər zaman məni və oğlumu qoruyur. Bunun hər zaman şahidi olmuşam. Hüseynin Həcc ziyarətindən gətirdiyi möhür və təsbehi saxlayıram. Təsbehi talisman kimi avtomobilimdən asmışam. Bu günlərdə dəhşətli qəza keçirtdim, amma sağ qaldım. Hamı məəttəl qalmışdı ki, belə bir qəzadan necə sağ çıxmaq mümkündür? Bilirdim ki, məni Hüseynin ruhu xilas edib. O cismən yanımda yoxdur, amma ruhən hər zaman bir ailə olaraq qalırıq. Mən onu heç bir kişiyə dəyişmərəm. Onun ruhu Cahangiri də qoruyur".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26