Interposta.Info

Türkə ərə gedən azərbaycanlı aktrisanın ailəsində problem

Maqazin
 4-10-2017, 19:51     8 686

Xəbər verdiyimiz kimi, azərbaycanlı aktrisa Cəmilə Tağızadə və Türkiyə vətəndaşı Murad Temiz ötən ay ailə həyatı qurub

interposta.info xəbər verir ki, aktrisa ailəsində yaranan problemlər barədə Milli.Az-a müsahibə verib.

“Həyat yoldaşımın keçmiş xanımı bizim ailəmizi rahat buraxmır. Halbuki mən o qadını heç tanımıram. Qadının şantaj və təhdidləri bitmir. Nəinki məni, o qadın mənim dostlarımı da,ailəmi də, ətrafımı da narahat edir. Hələ bu azmış kimi mənə qarğışlar da edir, sanki ailəsini mən dağıtmışam. Onun bütün yazdıqlarına rəğmən nə mən, nə də yoldaşım ona cavab vermirik. Çünki biz onu artıq məhkəməyə vermişik, həmin xanımla məhkəmədə danışacağıq.

Yoldaşım həmin qadınla 4 il bundan əvvəl ayrılıb. Ortalıqda bir uşaq da var. Uşağın lazım olan xərclərini yoldaşım artıqlaması ilə ödəyir. Üstəlik də qadın həm yalançı,həm də fırıldaqçıdır. Onun işi insanlara pul atmaqdan ibarətdir. Yoldaşım onun bütün xərclərini, atdıqı insalara bütün pulları ödəyib. Amma yenə də bizdən əl çəkmir.

Utanmadan bir də alınan qızılları məndən istəyir. Halbuki biz o qızılları bir yerdə gedib almışıq. Mənə məxsus olan qızılları ona vermək məcburiyyətində deyiləm. Halbuki hamıya yalandan deyib ki, qızıllar onundur. 4 il bundan öncə o qadın ortalıqda yox idi, evlənən kimi ortaya çıxdı. Bilmirəm ki, məqsədi nədir.

Tam olaraq səmimi deyirəm ki, anamın və qohumlarımın bu məsələdən qətiyyən xəbərləri yoxdur”,-deyə o bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26