Interposta.Info

Gelandevagen"in avtoş sahibi

Maqazin
 19-08-2017, 07:22     10 613

Azərbaycanlı repsevərlərin də kumiri olan tatar əsilli reper Timati (Timur İldar oğlu Yunusov) üç gün əvvəl (15 avqust) 34 yaşını qeyd edib.

Sputnik.az xəbər verir ki, Monte-Karloda keçirilən ad günü gecəsinə Black Star şirkətinin sahibinin ən yaxın dostları, eləcə də onun sevgilisi, Rusiya gözəli, məşhur model Anastasiya Reşetova da qatılıb. Cütlük dəfələrlə birlikdə tədbirlərə getsələr də, birlikdə fotoşəkil çəkdirməyiblər və münasibətlərini açıb-ağartmayıblar. Onlar kütlə qarşısına birlikdə yalnız Muz TV-nin mükafatlandırma mərasimində çıxıblar. Ondan sonra isə hətta belə məlumat yayılmışdı ki, sevgililər ayrılıblar.

Timati ad günündə sevgi romanını rəsmən etiraf etmək qərarına gəlib. Gecənin bütün qonaqlarının yer aldığı və Reşetovanın da sağında dayanaraq çəkdirdikləri şəkli Timati Instagram hesabında paylaşıb. Bundan sonra Anastasiya Timati ilə birgə şəklini paylaşıb. Bu fotoda reperlə model qucaqlaşan vəziyyətdədirlər. Şəklin yanında yazdığı postda isə Anastasiya bir neçə ürək işarəsi qoyaraq izləyicilərinə bildirib ki, bunu sevginin etirafı da hesab edə bilərlər.

Artistin bir neçə pərəstişkarı bildirib ki, nəhayət cütlük öz münasibətlərini aşkara çıxardılar. Timati və onun keçmiş sevgilisi, qızı Alisanın anası Alyona Şişkova reperin Reşetova ilə əlaqələrinə dair kompromisə gəliblər. Alyona təkcə keçmiş boy-friendinin ad günündə iştirak etmək üçün Monte-Karloya uçmayıb, həm də ümumi fotoda onun yeni ehtirası ilə bir arada dayanıb.

İki ay əvvəl isə situasiya tamamilə başqa cür idi: Muz TV-nin mükafatlandırma mərasiminin təşkilatçıları Şişkovanı Timati və Reşetova ilə ayrı-ayrı bölgələrdə oturtmuşdular ki, onlar zala eyni yerdən daxil olmasınlar.

Xatırladaq ki, bu günlərdə tatar əsilli reper öz "Gelandevagen"i ilə axtoxuliqanlıq etməsi ilə gündəmə gəlmişdi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26