Interposta.Info

Bu gün ölən məşhurun -

Maqazin
 20-07-2017, 14:31     843

Cəsədimi paketlə torpağa basdırıb, üzərində ağac əkilməsini istəyirəm. Baş daşı filan istəmirəm. Məzarım üzərində adım da qeyd edilməsin.

Kult.az xəbər verir ki, bu sözlər bu gün dünyasını dəyilşmiş Türkiyənin məşhur müğənnisi Harun Kolçakın vəsiyyətində yer alıb. Olduqca maraqla qarşılanan vəsiyyəti olduğu kimi təqdim edirik:

“Bütün orqanlarımı bağışladığım üçün böyük ehtimalla öləndən sonra məni sizə paketdə verəcəklər. Ona görə də o paketi qurdalamayın. Nə cənazəmdə, nə də ondan sonra 3, 7, 40 kimi mərasimləri bəhanə edib, yemək-filan verməyin. “Harun bunu sevirdi, onu sevirdi” deyə bəhanə gətirib qarnınızı şişirtməyin. Sizin ətli pide yeməyiniz üçün ölməmişəm. Mənim canım üçün yediyiniz hər loxma boğazınızda qalacaq. Bunu bilin.

Arxamdan yaxşılığım üçün dua-filan etməyin. Yaşadığım vaxt etmədiyiniz duanı öləndən sonra etməyə çalışmayın. Mütləq biriləri üçün yemək vermək istəyirsinizsə, bunu küçə heyvanlarına verin. Bu, ən dəqiq istəyimdir.

Mənim malım qiymətlidir, ona görə də heç bir əşyamı heç bir tanışıma verməyin. Geyimlərimi sosial xidmətlərə, ya da kasıblara verin. Digər əşyalarımı isə atın, ya da yandırın. Məndən geriyə heç bir şey qalmasın.

Məni tanıyanlar yaxşı bilir ki, bir az açıq sözlüyəm. Ona görə də istəyirəm ki, hamıdan öncə ölüm. Sonlara qalıb, kimsənin ölüsü ilə özümü məşğul etmək istəmirəm. Arxamdan istədiyiniz qədər danışın, qeybət edin. Rahat olun. Sizinlə məşğul olmağa halım yoxdur, gül kimi ölmüşəm.

Və… bəli. Heyvanları insanlardan daha çox sevirəm. Bu da sizə son sözüm olsun”.

Qeyd edək ki, uzun müddət xərçəngdən əziyyət çəkən Türkiyənin məşhur müğənnilərindən Harun Qolçak 62 yaşında vəfat edib. Uzun müalicələrdən sonra yenidən xəstəxanaya yerləşdirilərək əməliyyat olunan müğənni xəstəliyə qalib gələ bilməyib. O, əməliyyatdan sonra gecə saatlarında dünyasını dəyişib.

Harun Qolçak Türkiyədə 90-cı illərin məşhur pop ifaçılarından sayılır. O, həmçinin bəstəkar və gitara ifaçısı kimi də məşhur idi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26