Interposta.Info

Ağamirzə özünə qəbir qazdırdı -

Maqazin
 13-07-2017, 07:22     585

Sağ olduğu halda özünə məzar yeri hazırlayan şəxs hamınızın yaxşı tanıdığı meyxana ustadlarından biridir.

Xəzər xəbər-in məlumatına görə, məşhur meyxanaçı Ağamirzə Məmmədov özü üçün qəbir yeri götürüb, hətta həmin yeri qazdırıb, içi lazımi qaydada hörülüb, üstünə isə torpaq tökülüb və demək olar ki, tam hazır vəziyyətə gətirilib.

Soyuq qış aylarında baş verən hadisədən çox keçmir ki, şair özünə qəbir sifariş edir. Onun sifarişini qəbul edən qəbirqazan əvvəlcə təəccüblənsə də, öz işini 2 günə təhvil verib.

Ailəsi, qohumları, tanıyan-bilən hər kəs şairi bu əməlinə görə qınasa da, sonradan ona haqq qazandırıb, hətta onun hazır qəbrinə şərik çıxmaq istəyənlər də olub.

Ümumiyyətlə, İslama görə hər bir müsəlman öz axirətini sağlığında düşünməlidir. Ustad sənətkara isə Allahdan uzun ömür diləyirik.

interposta.info mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26