Interposta.Info

Zəhranın ölümünə səssiz qalan Brilliant Dadaşovadan ERMƏNİYƏ BÖYÜK JEST -

Maqazin
 12-07-2017, 18:36     1 827

Xalq artisti Brilliant Dadaşovanın erməni musiqiçisinin instaqramda paylaşdığı videosunu bəyənməsi və ona “Super” rəyini yazması geniş müzakirələrə səbəb olub.
interposta.info
xəbər verir ki, B.Dadaşovanın köməkçisi Nigar xanım Teleqraf.com-a verdiyi açıqlamada Varujan Şahbazyan adlı qarmon ifaçısının videosuna yazılan şərhin müğənniyə aid olmadığını deyib. Lakin məlum olub ki, rəy Xalq artistinin şəxsi səhifəsindən yazılıb.
Keçən həftə Ermənistanın Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutması nəticəsində 2 yaşlı Zəhra və onun nənəsi Quliyeva Sahibənin həlak olmasına instqramda heç bir reaksiya verməyən ifaçının bu rəyi birmənalı qarşılanmayıb.
Biz Brilliant xanımın mətbuat katibi Hüseyn Cazadzadə ilə əlaqə saxlasaq da, o, təkidlə müğənninin bu barədə danışmaq istəmədiyini qeyd edib.

interposta.info
Zəhranın ölümünə səssiz qalan Brilliant Dadaşovadan ERMƏNİYƏ BÖYÜK JEST -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26