Interposta.Info

Neslihan Atagül onun gəlinliyinin eynisini tikdirən Fahriye Evcen haqqında nələr dedi -

Maqazin
 8-07-2017, 07:28     1 076

Neslihan Atagül Fahriye Evcenin bu il toyunda keçən il onun geyindiyi gəlinliyin eynisini tikdirməsinə laqeyd qalıb.
Aktrisa məşhur maqazin verilişinin qonağı olub. Gözəllik sirlərindən danışan serial ulduzu saçlarına xüsusi qayğı göstərdiyini deyib. Təbiət qoynunda dincəlməyi sevən Neslihan həyat yoldaşı Kadir Doğulu ilə xarici ölkəyə ev avtoqoşqusu ilə səyahətə gedəcəklərini də etiraf edib.
Sevilən aktrisa jurnalistin Fahriye ilə onun gəlinliyinin eyni olması sualına isə cavab vermək istəməyib. O, “Bu məsələ haqqında həqiqətən də danışmaq istəmirəm” deməklə kifayətlənib.
Xatırladaq ki, Neslihan Atagül keçən il toyunda geyindiyi paltar "Berta Bridal" moda evinə aiddir. Fahriye Evcenin gəlinliyini isə türkiyəli dizayner Raşit Bağzibağlı tikib.

interposta.info


Neslihan Atagül onun gəlinliyinin eynisini tikdirən Fahriye Evcen haqqında nələr dedi -
Neslihan Atagül onun gəlinliyinin eynisini tikdirən Fahriye Evcen haqqında nələr dedi -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26