Interposta.Info

Natavan Həbibi məşhur repçiyə ərə gedir

Maqazin
 19-06-2017, 07:24     648

Tanınmış müğənni Natavan Həbibinin "Instagram"da paylaşdığı foto şou gündəmini zəbt edib. Belə ki, fotoda sənətçinin ailə quracağı şəxslə əl-ələ tutması, masada onların baş hərflərinin yazılması və Həbibiyə evlilik təklifi olunması müzakirə mövzusuna çevrilib.

interposta.info
"qafqazinfo"ya istinadən xəbər verir ki, Natavanın mediadan gizlətdiyi şəxs məşhur repçi Dado Əliyevdir. Bundan başqa, repçinin əsl adı Səiddir və fotodan göründüyü kimi stol üzərində onun rəsmi adının baş hərfi, yəni “S” qeyd olunub.

Bundan əlavə, Dado da rəsmi "Instagram" səhifəsində sözügedən fotonu paylaşıb

Bu məqamda qeyd edək ki, cütlük mərhum repçi Hüseyn Dəryanın xatirəsinə həsr olunmuş “Yat, dostum” adlı duet oxuyublar və birlikdə klipə çəkiliblər.

interposta.info
Natavan Həbibi məşhur repçiyə ərə gedir

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26