Interposta.Info

Roza Zərgərli :

Maqazin
 13-06-2017, 17:19     1 963

“Maraqlı ssenari olarsa çəkilərəm”

“ARB Ulduz”un “Şou məkan” verilişinin budəfəki müsahibi müğənni Roza Zərgərli olub.

Son zamanlar müğənni haqqında yayılan məlumatlar müğənnini o qədər özündən çıxarıb ki, o, həmin insanları cinayət məsuliyyəti ilə hədələyib:

“Çox vaxt deyirəm ki, əhəmiyyət verməyim heç nəyə. Artıq boş ver getsinlə iş bitmir. Kimsə başqasının şəxsiyyətinə zərər gətirirsə, artıq həmin şəxsi cinayət məsuliyyətinə cəlb etmək fikrimiz var. Bununla hüquqşünasımız məşğul olur”.

Öz sərhədlərini yaxşı bilən ifaçı “Atəş” və “Qəmli nağıl” kliplərinin də zamanında çox müzakirə olunduğunu, lakin orda açıq-saçıq səhnələrin olmadığını dilə gətirib.

“Hər adam göbəyiaçıq efirə çıxa bilmirdi. Bizim göbəyimiz yox, belimiz görünürdü. Kriteriyanı saxlamışdım. İndi müğənnilərin əksəriyyəti real həyatda o cür gəzir. O vaxt rejissor Fuad Əlişov obraz olaraq bunu düşünmüşdü. O kliplərdə Azərbaycan xanımı üçün çərçivədən çıxan heç bir görüntü yox idi. İndi müğənnilər, adi insanlar real həyatda o cür gəzirlər. Biz bu sənətdəyiksə, bizim bu sənətə qurban verəcəklərimiz var. Hərə öz dərəcəsinə görə, öz ailəsinə, övladlarına görə addım atır”.

Roza Zərgərliyə ünvanlanan “açıq-saçıq səhnələrə çəkilərsizmi” sualının ətarafında qopan qasırğalara ən real cavab da elə müğənninin özündən gəldi:

”Erotik səhnə çəkilsə, Azərbaycanda dəvət alsaz, çəkilərsizmi” sualını ünvanlayıblar, demişəm yox. Çünki erotika anlayışını burda başa düşən yoxdur. Əgər bir ssenari olarsa, əgər maraqlı, faciəvi sevgi hekayəsi olarsa, aktrisalıq istedadımı işə salıb ssenarini qəbul edib çəkilərəm”.

Sevgi səhnələrinə çəkilmək təklif olunarsa, ssenariyə uyğun hərəkət edəcəyini söyləyən müğənni sənəti üçün lazımi addımları atacağını dedi.

“Mən bu sənətdəyəmsə, evdən niyə razı olmasınlar. İkinci bir tərəfdən ssenariyə də baxmaq lazımdır. Bəlkə, ssenaridə elə bir məqam var ki, mən onu edə bilmərəm. Biz “Qəmli nağıl” klipini çəkəndə model Rüstəm Cəbrayılov mənim dostum idi. Və onun klipdə obrazı canlandırması üçün bəlkə də, 30 kişi onu başa salırdı ki, nə etməlidir. Mənim ağırlığım onu narahat edirdi və o deyirdi ki, mən sizi sevə bilmirəm. Kadrda biz dostuq. Ancaq Rüstəm öhtəsindən gəldi”.

Onun üçün heç bir məbləğin başgicəlləndiri olmadağını deyən Roza Zərgərli mənəviyyatını pula qurban verməyəcəyini söylədi.

“Elə bir məbləğ yoxdur ki, mən onun qarşısında aciz qalam. Bu həyatda mənəviyyatdan və mənim istəklərimdən daha böyük məbləğ yoxdur. Mən 1 milyon dollara Hollivudda hansısa filmə çəkilərəm. Ancaq əgər lüt çəkiləcəmsə, o zaman mənim Azərbaycana qayıtmağım var, ailəm var, övladlarım var. Mənim 38 yaşım var, 20 yaşım yoxdur ki, sənət üçün gedib bikinidə konsert verim. Hərənin öz statusu var. Elə cəmiyyətdə yaşayırıq ki, hamı bir-birini tanıyır. Mən övladlarıma da diqqətli olmalarını söyləyirəm”.

Sifarişli şəkildə ünvanına böhtan yazılar yağdırıldığını deyən müğənni həmin adamların çirkin əməllərindən danışdı.

“Haqqımda çıxan yazılar sifarişli “reket“ yazılarıdır. Həmin saytlar da pul tələb edir. Mən demişəm ki, gedin nə yazırsız, yazın. Mənim şəklim deyil, montaj olunub. Həmin yazıları silsinlər deyə heç kimə pul verilə bilməz. Həmin adamı çıxararam ortaya və deyərəm ki, yazan budur. Həmin adam dilənçiliklə məşğuldur. Necə ki, əl altdan yazırdılar, indi əl altdan üzrlə canlarını qurtara bilməyəcəklər. O video şəklində məndə gəlib üzr istəyəcək. Xalqımız da başa düşəcək ki, yazı yazan axıra qədər sözünü deyə bilirsə, deyəcək. Üzr istəyəcək və mənim haqqımda dediklərini özünə şamil edəcək.

Paparassilər öpüşüb görüşəndə elə bir məqamı tuta bilir ki, o, biabırçı görünür. Ancaq əslində elə deyil axı. Hansısa başqa bir adamın bədəninin üstünə mənim başımı qoyub montaj edib təqdim etmək isə şərdir. O adamlar buna görə cavab verəcəklər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26