Interposta.Info

Pərvinin rejissorla erotik görüntüsü yayıldı -

Maqazin
 7-06-2017, 14:11     2 006

Neçə gündür adı dillərdən düşməyən aktrisa və model Pərvin Abıyevanın sosial şəbəkələrdə yeni bir videosu yayılıb.

Teleqraf.com xəbər verir ki, videoda o, bu yaxınlarda Azərbaycanın ilk qorxulu filmi olan “Xənnas” mistik trillerini tamaşaçılara təqdim edən rejissor Elvin Abdulla ilə çox səmimi rəqs edir.

Gələn izləyici şərhlərinə əsasən, demək olar ki, video insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Qeyd edək ki, bir neçə gün öncə, yəni Pərvin sosial şəbəkələrin əsas müzakirə obyektinə çevrildiyi zaman həmin rejissor öz səhifəsində Pərvini qınayanları başa düşmədiyini yazmışdı:

“Pərvin siyasətçi deyil ki, onu qınayasınız. Onu yaxından tanıyan hər kəs bu sözlərimin həqiqiliyini təsdiqləyə bilər. Pərvin gənc, gözəl, daima diqqət və nəvazişə öyrəşən çılğın xarakterli qızdır. Pərvini yaxından tanıyan biri kimi deyə bilərəm ki, insanları yaxşı tanımadan qiymət verməyə tələsməyin”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26