Interposta.Info

Vidadinin qızı aparıcılığa başladı

Maqazin
 30-05-2017, 10:43     572

Müğənni Aytac Vidadiqızı aparıcılığa başlayıb.

Bu barədə Kult.az-a danışan Aytac Vidadiqızı artıq verilişin ilk buraxılışının çəkildiyini və yaxın günlərdə nümayiş olunacağını bildirib.

“Rəngli səhifələr” adlı verilişi prodüsserim Aynur Əliyeva ilə birlikdə aparacağıq. İlk qonağımız Samiraldo oldu. Kifayət qədər maraqlı məqamlara toxunmuşuq. Ümid edirəm ki, həmkarlarım verilişdə səslənən tənqidi fikirlərə görə bizdən inciməyəcək. Çünki bu verilişdə qaranı ağ kimi qələmə verməyəcəyik. Ünvanlı ismarışlar yox, konkret ismarışlar səslənəcək. Çəkilişimiz tamamlanıb. Hazırda montaj işləri gedir. Verilişdə şou biznesdə baş verən bütün hadisələr təhlil olunacaq”, - o bildirib.

Qeyd edək ki, “Rəngli səhifələr” adlı veriliş DTV-də yayımlacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26