Bu dəfə “Maşın şou”da onlar olacaq

Bu ayın 28-də ölkənin ən maraqlı tele-layihəsi start götürəcək. interposta.info “Qafqazinfo”-a istinadən xəbər verir ki, ATV-də yayımlanacaq realiti şouda iştirak edəcək şəxslərin kimliyi isə hər kəs üçün maraqlıdır.
Hər gün canlı yayımlanacaq müsabiqədə iştirak edən məşhurların bəzilərinin adı məlum olub.
Əldə etdiyimiz məlumata görə, şouda prodüser Tarix Əliyev (Tolik), vaynerlər Səbuhi Xanlarov, Samir Əliyev (Samiraldo), aktrisa Pərvin Abıyeva, müğənni Talıb Tale, aktyor İslam Mehrəliyev, aparıcı Azər İsmayilov kimi tanınmışlar iştirak edəcəyi ehtimal edilir. Dəqiqi adların hamısı layihə rəhbəri tərəfindən bir neçə gün sonra açıqlanacaq.
Xatırladaq ki, verilişdə 18 şou-biznes üzvü maşın uğrunda mübarizə aparacaq.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26