Interposta.Info

Azərbaycanlı fenomen silahla görüntüləndi, sonra qaçdı —

Maqazin
 10-05-2017, 15:58     962

Tanınmış vaynerlər Mənsur Şərif və Nicat Mütəllimov yeni film üzərində çalışırlar.
interposta.info xəbər verir ki, sosial şəbəkə fenomeni olan Mənsur Şərif "3 badam 1 qoz" filmindən sonra əldə etdiyi uğuru həmkarl Nicat Mütəllimovla "Duel" filmində təkrarlamağa çalışacaq.


Artıq "Duel" filminin rəsmi teaseri təqdim olunub. Teaserdən də göründüyü kimi film komediya və döyüş stilindədir. Teaserdə Mənsur Şərifin silahla görüntülənməsi də olduqca maraqla qarşılanıb.

Baş rollarını Mənsur Şərif, Nicat Mütəllimov, Ceyhun Bəndəliyev, Emil Musayev, Ülfət Bəşir, Fatma Mahmudova, Ziya Baxışovun və başqalarının canlandırdığı ekran işi komediya və döyüş janrındadır.

Filmin rejissoru Fuad İsmayılov, ssenari müəllifləri Emil Musayev, Vüsal Əhmədzadə və Camal Ağayev, baş prodüsseri isə Cəlal İsmayılovdur.

interposta.info qeyd edək ki, "Duel" filminin informasiya dəstəyi "Ölkə.Az"a məxsusdur.



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26