Interposta.Info

"Mən nə qədər çılız insanam ki, bunu etiraf edirəm" -

Maqazin
 6-05-2017, 18:52     728

ARB TV-nin "Gəlin danışaq" proqramının növbəti qonağı son zamanların ən çox sevilən ifaçılarından biri olan Damla olub.

Veriliş zamanı aparıcısı Zümrüd Qasımova, müğənnin həmkarı Elnar Xəlilovu efirə qonaq qismində dəvət etsələr də, gəlmədiyini bildirib.

Belə ki, Elnar "Mən niyə getməliyəm? Damla mən olan verilişə gəlsin" ifadələrini səsləndirib.

Damla isə mövzuya biganə qalmayaraq Elnarı bütün bu olanlara rəğmən çox istədiyini qeyd edib:


"Mənim heç kəslə incikliyim yoxdur. Heç kəslə problemim yoxdur. O özü özündən küsüb yəqin. Çox yaxşı münasibətim var. Tədbirlərdə belə görüşürük. Bu yaxınlarda bir söz-söhbət oldu. Klarnet ifaçısı Hüseyn mənə zəng vurdu və dedi ki, sən harda müsahibə vermisən ki, "Heç kəs oxuya bilmir. Oxumaq istəyirsənsə çıxın göz önünə mən sizə oxumaq göstərim". Əstafurulla. Mən həyatı boyu o sözü işlədə bilmərəm. Mən ölərəm, yerin altına girərəm deyim ki, nömrə birəm. Rəqibim yoxdur, adam istiyirəm çıxsın qarşıma. 4 il səhnədə olmaqla, mən 10-15 ilin sənətkarlarına necə söz deyə bilərəm? Və ya mənimlə eyni zamanda başlayan bir insanın əziyyətini yerə vurmaq, demək ki, mən səndən yaxşı oxuyuram. Görün mən nə qədər çılız insanam ki, bunu etiraf edirəm. Başlıyıram bunu böyütməyə, şişirtməyə. Mənim xarakterimdə belə bir şey yoxdur.

Bəs nə üçün Elnar Xəlilov bu cür deyib? - sualına isə Damla maraqlı açıqlama verib:


"Mənə dedilər ki, canlı yayımda Elnar belə bir söz işlədib - "O kimdir ki, oxumaq falan". Mən də nə yığmadım, danışmadım. Dedim ona yalnış məlumat veriblər, o da əsəbləşib.Yəqin ki, o söhbətin abu-havasındadır. Çünki mənə də gəlib desələr ki, Damlanın bir "köpük"lük səsi yoxdur, deyərəm Alla canını sağ eləsin. Sadəcə yığıb araşdıraram. Amma Elnardan da incimirəm. O mənim sənət yoldaşımdır. Bu onun bəylik jestidir, mənim də xanımlıq".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26