Interposta.Info

Zərrabdan Əbruya azərbaycanlı hədiyyəsi -

Maqazin
 16-03-2017, 16:54     511

Türkiyənin "Milliyət" qəzetində "O səs Türkiyə"nin çempionlarına aid yazı dərc olunub.

Milli.az xəbər verir ki, onlar arasında "O səs Türkiyə 2015"in azərbaycanlı qalibi Elnur Hüseynovla da bağlı müəyyən məqamlar qabardılıb.

Yazıda "Hadisə, Gökhan, Əbru Gündəş, Mazhar Alanson-Özkan Uğur münsiflərinin olduğu "2015-ci ilin "O səs Türkiyə" birincisi, əslində, başdan müəyyən idi" qeyd edilib.

Türkiyə KİV-i Elnur Hüseynovun möhtəşəm səsiylə ilk gündən çempionluğunu elan etdiyini qeyd edib. O da qeyd edilib ki, Elnur sayəsində Əbru Gündəş "yatdığı yerdə" sözügedən mahnı müsabiqəsində ilk çempionluğunu qazanmış oldu. "Milliyət" qeyd edib ki, o mövsüm hər kəs Rza Zərrabın Əbru Gündəş üçün azərbaycanlı müğənnini xüsusi olaraq gətirdib həyat yoldaşını çempion etdiyindən danışıb.

interposta.info

Zərrabdan Əbruya azərbaycanlı hədiyyəsi -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26