Interposta.Info

Təranə ilə Musanın dəbdəbəli evi -

Maqazin
 13-03-2017, 14:33     610

Təranə ilə Musanın dəbdəbəli evi -
 

"Musa ilə hər gün bir-birimizi qırırıq”

ARB TV-nin "Evgördü" verilişinə qonaq olan tanınmış müğənnilər Musa Musayev və Təranə Qumral maraqlı açıqlamalar veriblər.

Musa Musayev evləri haqqında danışıb:

"Evin dizaynını özümüz eləmişik. Evin tavanını 8 guşəli ulduz etmişəm. Bayrağımızın rənglərini həkk etdirib, ay və ulduz düzəltmişəm. Evdə şəkilləri sevirik. Bir-iki şəkil var onu da bağ evinə aparacayıq. Sənət adamının bağ evi də olmalıdı, gözəl evi də, villası da olmalıdır. Bütün dünya müğənniləri hamısı yaxşı yaşayıblar. Sadəcə bizdə yaxşı qarşılanmır. 40 ildən çoxdur sənətdəyəm. Biz də yaxşı yaşamalıyıq. Balalarımız üçün qoyub gedəcəyik, onlar üçün yaşayırıq. Təranəyə qədər çox diqqətsiz idim. İndi hər şeyə diqqət edirəm. Çox səhv tutur məndə. Evdə əsasən mənim sözüm keçir. "Peçat"ı mən vururam. Amma Təranin də sözünə önəm verirəm".

Təranə Qumral isə hər gün dalaşdıqlarını bildirib:

"Hər gün qırırıq bir-birimizi. Çox dalaşırıq. Bir-birimizi çox istəyirik deyə belə olur. İnsan insanı çox istəyəndə çox dalaşır. Mən səhnədə müğənniyəm, evdə evimin xanımıyam."

 

interposta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26