Interposta.Info

Məşhur model məktəb açdı -

Maqazin
 16-01-2017, 10:55     687

Məşhur model məktəb açdı -

Tanınmış model, "Best Model of Azerbaijan 2004”ün qalibi İlqar Əliyev model kursları açıb.

Bu barədə BakiPost.az-a İ. Əliyev özü məlumat verib. Bildirib ki, kursun adı "İlqar Əliyevin model məktəbi” olacaq və 3 ay davam edəcək: "Azərbaycan və dünya model biznesinə qoşulmaq, podiumda düzgün gəzmək, foto və video cəkilişlərdə daha professional olmaq istəyənlər kursa müraciət edə bilərlər. Xanımlar, kişilər və uşaqlar üçün qruplardır. Düzgün yeriş, şax duruş, qamət, foto və video çəkilişlərdə simanın düzgün istifadə olunması kursda keçiləcək əsas dərslərdəndir. Hər həftə 1 məşhur qonaq olacaq və dərslər verəcəklər. 3 ayın tamamında "Fashion show” təşkil olunacaq və qonaqlar dəvət olunacaq. Tələbələr özlərini təqdim edəcəklər və diplom alacaqlar”.

Modelin sözlərinə görə, kurslarda seçilənlərə müxtəlif yardımlar göstəriləcək: "İçlərindən ən istedadlıları ilə müqavilə bağlayıb işləməyə davam edəcəyəm. Onlara model biznesində bir çox qapılar açacağam. Ola bilər ki, xaricdə işləməyə göndərdim. Bundan başqa, Azərbaycanda bir çox yarışlarda jüriyəm. Modelləri yarışlara çıxardacağam. Ad alacaqlar. Hər şey yüksək səviyyədə olacaq”.

Məlumat üçün bildirək ki, kurslara qəbul artıq başlayıb.

interposta.info
Məşhur model məktəb açdı -
Məşhur model məktəb açdı -
Məşhur model məktəb açdı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26