Interposta.Info

Xoşqədəmin verilişində QALMAQAL:

Maqazin
 14-01-2017, 17:17     943

Xoşqədəmin verilişində QALMAQAL:

“Xəzər” TV-də Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan “Bizə danış” verilişində qalmaqal yaşanıb.

interposta.info baku.ws-ə istinadən xəbər verir ki, verilişə şikayətçi qismində gələn ailə vəkil Şəfiqə Nağıyevaya etiraz edərək efiri tərk edib. Daim sərt fikirləri ilə seçilən vəkilin sözləri şikayətçi ailənin etirazı ilə qarşılanıb və onlar vəkili qərəzli mövqe tutmaqda ittiham ediblər.
Belə ki, 3 il bundan əvvəl övladlarını yol nəqliyyat hadisəsi zamanı itirən ana əvvəlcə sürücünü bağışlasa da indi fikrini dəyişib və şikayət etmək qərarına gəlib. Belə ki, 2013-cü ildə sürücü 2 azyaşlını avtomobillə vurub. Hadisə nəticəsində uşaqlar dünyasını dəyişib. Hadisə baş verən zaman çobanlıq edən ana uşaqların qatilindən 3 il sonra yenidən şikayətçi olub. Ekspertlər, xüsusən də Şəfiqə Nağıyeva qadının sürücüdən pul tələb etdiyini iddia ediblər.
Bildiriblər ki, qadın istədiyini ala bilmədiyi üçün 3 il sonra sürücüdən yenidən şikayət edib. Qadının qohumları da barışıq istəmədiklərini bildirərək Şəfiqə xanımı sürücünü tərəfini tutmaqda ittiham ediblər.

Sözügedən kadrları təqdim edirik:
interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26