Interposta.Info

Türkiyədən Çingiz Mustafayevə

Maqazin
 10-01-2017, 22:56     782

Türkiyədən Çingiz Mustafayevə

Türkiyənin "Fox" kanalında Çingiz Mustafayevin iki klipi nümayiş olunub.

Müğənni kanalın bu jestindən çox məmnun olduğunu ifadə edib. Onun sözlərinə görə, kliplər efirə getdikdən sonra qardaş ölkədən ona çoxlu mesajlar gəlib. İfaçı təəssüratlarını belə bölüşüb:

"Bu gün səhərimizi bu xoş xəbərlə açdıq. Xəbərimiz olmadan Türkiyənin " FOX TV" kanalında "Unudulmayanlar" layihəmizdən olan "Ninnə Yarım" - Kərkük xalq mahnısına çəkdiyimiz videoçarx, eləcə də "Ay qız" klipi yayımlanıb. Bu çox sevindirici haldır ki, qonşu Türkiyədə klipimiz çox sevilib. Bir dəfə yayımlanmasına baxmayaraq, artıq qardaş ölkədən çoxsaylı sms-lər gəlir. Çox sağ olun, Türkiyə! Xüsusi minnətdarlığımızı "FOX TV"-yə bildiririk"./publika.az

interposta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26