Dövlət Sərhəd Xidməti Osmanovun nəşini tapdı - VİDEO
40 gündən artıqdır ki, itkin düşən Rahib Osmanovun nəşi bu gün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən dənizdən tapılıb.
Kürdəmir rayonunun Qarasaqqal kəndində qeydiyyatda olan, lakin Pirallahı rayonunun Gürgan qəsəbəsində yaşayan Osmanov Rahib Ramiz oğlunun balıq tutmaq üçün öz qayığı ilə Xəzər dənizinə getdiyini və bir daha geri qayıtmadığını bildirmişdilər.
Xatırladaq ki, R. Osmanov balıq tutmaq məqsədilə Pirallahı rayonunun Gürgan qəsəbəsi sahili ərazisindən dənizə daxil olmuşdu.
Goldmedia.az mərhumun yaxınlarının verdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin əməkdaşları Rahib Osmanovun nəşini artıq ailəsinə təhvil veriblər.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

