Qardaşı aliment ödəsə də, övladları ilə görüşünə imkan verilmədiyini bildirir - Mehriban xanım Əliyevaya müraciət + VİDEO
Qardaşı aliment ödəsə də, övladları ilə görüşünə imkan verilmədiyini bildirir.
Goldmedia.az bildirir ki, Quliyeva Kamilə Kamil qızı media qrupumuza açıqlamasında qeyd edib ki, qardaşı övladlarına aliment ödəmək üçün keçmiş həyat yoldaşının “Kapital Bank” kartına aylıq ödəniş cədvəlinə uyğun şəkildə vəsait köçürüb. Lakin buna baxmayaraq, hazırda məhkəmə tərəfindən onun üzərinə səkkiz min manat borc yazılıb.
Kamilə xanım bildirir ki, aliment vəsaiti rəsmi olaraq aliment üçün nəzərdə tutulmuş kart hesabına ödənilməli imiş, lakin qeyd olunan məbləğ başqa karta köçürüldüyü üçün problem yaranıb.
O, həmçinin qeyd edir ki, qardaşına övladları ilə görüşmək imkanı verilmədiyindən, son dörd ayın alimentini etiraz olaraq ödəməyib. Məqsədi isə övladları ilə görüşə nail olmaq olub.
Şikayətçi dövlət orqanlarından xahiş edir ki, onun qardaşı – Quliyev Mikayıl Kamil oğlunun vəkillə təmin olunmasına köməklik göstərilsin.
Goldmedia.az Quliyeva Kamilənin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciətin təqdim edir:
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26


