Interposta.Info

Şəhidlərin Xatirəsinə Laqeydlik: İcra Başçısına Sərt İttihamlar - VİDEO

Manşet / Paradoks
 3-04-2026, 22:45     366

Şair və jurnalist Bəşir İbrahimov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun fəaliyyətindən narazılığını ifadə edib. Onun sözlərinə görə, aylıq əmək haqqısı 9000 manat olan icra başçısı şəhidlərin xatirəsinə həsr olunmuş “Əbədiyaşarlar” adlı kitabın nəşrinə dəstək göstərməyib.

Bəşir İbrahimov bildirib ki, bu cür təşəbbüslərə diqqətin ayrılmaması cəmiyyətdə narazılıq doğurur. O, xüsusilə şəhid ailələrinə göstərilən qayğının yetərli olmadığını vurğulayıb.

Eyni zamanda, İbrahimov şəhid Zərbəliyev Ziyadın atası Nərman Zərbəliyevin sosial vəziyyətindən də narazılığını ifadə edib. Onun fikrincə, şəhid ailələrinin yaşayış şəraiti daim diqqətdə saxlanmalı və onlara lazımi dəstək göstərilməlidir.

Goldmedia.az media qurupumuzun hazırladığı sujeti təqdim edir:

Səsləndirilən fikirlərə görə qarşı tərəfi dinləməyə hazırıq.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26