Sakinlər narazıdır: yığılan vəsaitə baxmayaraq təmizlik işləri aparılmır
Sakinlər: Yığılan vəsaitə baxmayaraq təmizlik işləri aparılmır
Bakı şəhəri, Xətai rayonu, Lütfüzadə küçəsi 83/89 ünvanında yerləşən yaşayış binasının sakinləri mövcud vəziyyətdən narazıdırlar. Onların sözlərinə görə, hər mənzilin sahəsinə uyğun olaraq kvadratmetrə görə 80 qəpik məbləğində ödəniş yığılmasına baxmayaraq, ərazidə təmizlik və abadlıq işləri aparılmır.
Sakinlər bildirirlər ki, şəhərin mərkəzinə yaxın ərazidə yerləşməsinə baxmayaraq, bina və onun ətrafı baxımsız vəziyyətdədir. Xüsusilə binanın arxa həyətində təmizlik işlərinin görülməməsi ciddi narahatlıq yaradır.
Qeyd olunur ki, bina “Binə Şərur” MTK-nın balansındadır. Sakinlər aidiyyəti qurumdan məsələ ilə bağlı tədbir görülməsini və yığılan vəsaitin təyinatı üzrə xərclənməsini tələb edirlər.
Goldmedia.az mövzuya uyğun video matiryalı təqdim edir:
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

