Interposta.Info

“Ağdamda su qalmaqalı: azyaşlı uşaqlı ailə susuz qalır” - VİDEO

Manşet / Paradoks
 27-03-2026, 19:47     484

Ağdamda su mübahisəsi: vətəndaş borcun ona aid olmadığını iddia edir

Goldmedia.az-ın məlumatına görə, Ağdam rayonunda su təchizatı ilə bağlı narazılıq yaradan hadisə qeydə alınıb. Rayonun Dörd Yol Bir qəsəbəsində yaşayan Kəlbəcər rayon sakini Xaliq Məmmədov bildirir ki, yaşadığı ünvanda su sayğacına hesablanmış borc ona aid deyil.

Onun sözlərinə görə, sözügedən borc həmin ünvanda əvvəllər yaşamış şəhid ailəsinə məxsus olub. Xaliq Məmmədov qeyd edir ki, hazırda azyaşlı övladları ilə birlikdə həmin evdə yaşayır və əvvəlki dövrdən qalan borcun onun üzərinə qoyulmasını ədalətsiz hesab edir.

Vətəndaşın iddiasına görə, Ağdam rayon su idarəsinin əməkdaşları borcun ödənilməsini tələb edərək suyun kəsiləcəyi ilə bağlı xəbərdarlıq ediblər. Məmmədov bildirir ki, suyu kəsmək istəyən şəxs özünü rəsmi şəkildə təqdim etməyib və bu hal da əlavə narazılıq yaradıb.

Məsələ ilə bağlı Xaliq Məmmədov ölkə prezidenti İlham Əliyevə müraciət etdiyini də qeyd edir. O, aidiyyəti qurumlardan məsələnin araşdırılmasını və ədalətli qərar verilməsini xahiş edir.


Hazırda məsələ ilə bağlı qarşı tərəfin – Ağdam rayon su idarəsinin mövqeyi məlum deyil.

Goldmedia.az olaraq, qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26