Interposta.Info

Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur

Manşet
 23-04-2025, 12:10     19 138

Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur.

"İnterPosta" xəbər verir ki, aprelin 23-də Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.

Mərasim çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin xarici işlər naziri Van İ imzalayıblar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26