Dövlət Məşğulluq Agentliyi 21 baş heyvanda vətəndaşı 4,620 manat aldadıb? - VİDEO+FOTO

Dövlət Məşğulluq Agentliyi 21 baş heyvanda vətəndaşı 4,620 manat aldadıb?
Bir xırda buynuzlu heyvanda 220 manat aldandığını deyən Şəki rayon Yeni Çələbixan qəsəbəsində yaşayan keçmiş məcburi köçkün Laçın rayon sakini Abdullayev Əbdül Nurqələm oğlunun prezident İlham Əliyevə müraciətini təqdim edirik:
Dövlət Məşğulluq Agentliyi tərəfindən 80 manata alınan heyvanlar 300 manata vətəndaşlara imza atdırırlar. Hər heyvanın birindən 220 manat pul qalır. Hər kəsə məlumdur ki, 21 Baş xırda buynuzlu heyvanın hər birindən 220 manat pul qalanda bunuda hesablasaq 4.620 manat pul edir.
Bu hansı harınlamış məmurun cibinə girir?
Sizin ayırdığınız pulu Dövlət Məşğulluq Agentliyi Xəstə və qoca heyvanları bizlərə verərək həm sizi həmdə mənim kimi çarəsiz vətəndaşları aldarır. Digər aidiyyatı qurumlara burada baş verən neqativ halları məlumat verməyimə baxmayaraq, hələki ortada heç bir nəticə yoxdur.
Bu mərkəz tərəfindən kənd təsərrüfatı heyvanları ilə təmin olunmağım qarşılığında məndən gözlədikləri rüşvəti verə bilməməyimə görə haqlı problemim öz müsbət həllini tapmır.
Onuda bildirmək istəyirəm ki, burada özünəməşğulluq proqramı çərçivəsində imzalanan qərar və sərəncamlara laqedlik edilərək, vətəndaşlar get-gələ salınaraq yubadılır. Bu yubadılmaların mərkəzində bir-başa korrupsiya dayanır. Əminliklə deyə bilərəm ki, araşdırılsa bu xoşagəlməz əməllərin hamısı üzə cıxacaqdır.
Əbdül Abdullayevin özünü dinləyək:
İnterPosta.info qarşı tərəfi dinləməyə hazırdır.
Azərbaycan Respublikasının Prezidenti Ilham Aliyevə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikasının Baş Prokurorluğu
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman
İnsan Resursları Mərkəzi
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
Azərbaycan Respublikasının Ali Məhkəməsi
Rövşən Şahbaz oğlu Muradov
ƏRİZƏ
Hörmətli cənab Prezident. Hörmətli Xanımlar və Cənablar. Dövlət Məşğulluq Agentliyi tərəfindən 80 manata alınan heyvanlar 300 manata vətəndaşlara imza atdırırlar. Hər heyvanın birindən 220 manat pul qalır. Hər kəsə məlumdur ki, 21 Baş xırda buynuzlu heyvanın hər birindən 220 manat pul qalanda bunuda hesablasaq 4.620 manat pul edir. Bu hansı harınlamış məmurun cibinə girir? Sizin ayırdığınız pulu Dövlət Məşğulluq Agentliyi Xəstə və qoca heyvanları bizlərə verərək həm sizi həmdə mənim kimi çarəsiz vətəndaşları aldadır ve sizə düzgün məlumat verilmir. Digər aidiyyatı qurumlara burada baş verən neqativ halların siqnallarını məlumat verməyimə baxmayaraq, hələki ortada heç bir nəticə yoxdur. Bu mərkəz tərəfindən kənd təsərrüfatı heyvanları ilə təmin olunmağım qarşılığında məndən gözlədikləri rüşvəti verə bilməməyimə görə haqlı problemim öz müsbət həllini tapmır. Onuda bildirmək istəyirəm ki, burada
özünəməşğulluq proqramı çərçivəsində imzalanan qərar və sərəncamlara laqedlik edilərək, vətəndaşlar get-gələ salınaraq yubadılır. Bu yubadılmaların mərkəzində bir-başa korrupsiya dayanır. Əminliklə deyə bilərəm ki, araşdırılsa bu xoşagəlməz əməllərin hamısı üzə cıxacaqdır. Cənab Prezident.
Hörmətlə: Abdullayev Əbdül Nurqələm oğlu.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26