Interposta.Info

Laçının millət vəkili Muradov Rövşən Şahbaz oğlu seçiciləri ilə görüşdü - FOTO

Manşet
 28-10-2024, 03:32     25 240

121 saylı Laçın seçki dairəsindən millət vəkili Muradov Rövşən Şahbaz oğlu seçiciləri ilə görüşüb.

26 oktyabr 2024-cü il tarixində Bakı şəhəri, Nərimanov rayonu Həsən Əliyev küçəsi 462 ünvanında yerləşən Şərqi Zəngəzur Regional Təhsil İdarəsi binasında laçınlı seçicilərlə növbəti görüş keçirib.
Görüşə gələn Laçın rayon sakinlərinin müraciətləri dinlənilib və müvafiq qaydada onların qeydiyyatı aparılıb. Eyni zamanda sakinlər tərəfindən qaldırılan məsələlərlə bağlı onlara köməklik göstərilməsi məqsədilə aidiyyəti dövlət oqranlarına müraciət olunacağı diqqətlərinə çatdırılıb. Müraciətlər əsasən məşğulluq, sosial və məişət məsələləri ilə bağlı olub.
Millət vəkili Rövşən Muradov onuda qeyd edib ki, müntəzəm olaraq görüşlərimiz davam edəcək.

İnterPosta.info







Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26