Interposta.Info

Vətəndaşlar: "Azərişıq müqaviləni dayandırsın, “Jasmin Park”a görə gələcəyimiz qaranlı olacaq"...(VİDEO)

Manşet / Paradoks
 19-09-2024, 23:45     49 518

Gələcəyimiz qaranlı olacaq!

Bunu deyən, vətəndaşlar gələcəkdə elektirik probleminin yaranmasında çox narahatdırlar.

Bakı şəhəri Qaradağ rayonu “Qobu Park” sakinləri İnterPosta.info-ya müraciət edərək bildirirlər ki, “Qobu Park” yaşayış kompleksi üçün nəzərdə tutulan Elektirik stansiyasının yükü artırılır. Belə ki, yaşayış kompleksinin yaxınlığında yaşayış üçün nəzərdə tutulan, yeni inşa edilən “Jasmin Park”ın elektirik təminatı “Qobu Park” üçün nəzərdə tutulan 35/6 klovatlıq 505 saylı yarımstansiyadan veriləcək.
Elə bu səbəbdən də kompleks sakinləri narahatdırlar. Onlar bildiriblər ki, bu stansiya üç kompleks, yəni 37 bina, 4 orta məktəb, 4 uşaq baxçası və 100-ə yaxın aktiv fəaliyyət göstərən qeyri-yaşayış obyekti üçün nəzərdə tutulub. Bundan artıq yükləmə elektirikin natamam verilməsinə gətirib çıxarda bilər.
Sakinlər bildirirlər ki, Azərişıq müqavilə bağlayıbsa, müqaviləni dayandırmalıdır.
Sözü gedən şikayətlə bağlı “Jasmin Park”ın mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova bildirib ki, “Biz tikintiyə başlamazdan öncə bütün təhlükəsizlik nəzərə alınır və bununla bağlı istər Azərişıq, istər digər dövlət qurumları arasında rəsmi və qanunlara uyğun şəkildə razılıq əldə edilir”.
-“Əgər hər hansı bir problem olacağı etimalı olsaydı buna Azərişıq icazə verməzdir”. – Deyərək qeyd edib.
Biz Media olaraq vətəndaşın şikayətini və şirkətin mövqeyini təqdim etdik. Bundan sonra nələrin rəsmi və qanuni olub-olmadığına dövlət qurumları qərar verəcək.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26