Qazinin evini sökdürən icra başçısının məmuru qanunsuz villa tikdirir? - VİDEO
Verilən məlumata görə, şəkildə gördüyünüz, bu villa Quba Rayon İcra Hakimiyyəti başçısının Zərqova İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Fərman Tahirova məxsusdu.
O, bu villanı oğlu üçün tikdirib və hazırda mənzilin daxilində təmir işləri aparılır. Bəli, hər kəs kimi Fərman Tahirovun da villa tikmək hüququ var.
Burada qeyri-adi nəsə yoxdu. Pulu var, tikir və tikməlidir də. AMMA və LAKİN Fərman müəllim villanı qanuni yerdə yox, kənd təsərrüfatlı təyinatlı ərazidə inşa etdirib. Bu isə tamamilə qanunsuzdur. Nəzərə alsaq ki, Quba RİH başçısı Ilqar Mahmudov vəzifəyə təyin olunduğu gündən qanunsuz tikintilərə qarşı mübarizə aparır və hətda bu günlərdə Zərdabi qəsəbəsində Vətən Müharibəsi qazisi Orxan Babayevə məxsus tikili belə qanunsuz olduğu üçün söküldü.
Maraqlıdır belə məqamda icra nümayəndəsi Fərman Tahirova nə üçün göz yumulur? Digər tərəfdən özü qanunsuz villa tikdirən icra nümayəndəsi bundan sonra ərazisində hansısa qanunsuz tikintiyə müdaxilə edə bilərmi? TƏBİİ Kİ, YOX...
Çünki ədalət istəyiriksə, ən əvvəl özümüz ədalətli olmalıyıq....
Mənbə:Dəyanət Azərsoy(Deyanet Azersoy)
İnterPosta.info olaraq edilən iddiyalara görə qarşı tərəfi dinləməyə hazırıq.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26